24 Sentyabr 2016 17:34
221

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 105 526,17 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Teleqraf.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk səkkiz ayına nisbətən 100215,59 min dollar yaxud 48,71% (2,1 dəfə) azdır.

Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,90%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 6 101,17 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 691,33 min dollar yaxud 12,78% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11%-nə bərabər olub.


Müəllif:
loading...