27 Sentyabr 2016 11:18
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupu sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsinə dair yekun bəyanat yayıb.

Teleqraf.com-un məlumatına görə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin sədr müavini Vilyam Rasimora bildirib ki, referendum ölkədə stabilliyin yeni qarantı hesab edilir: "Ümumxalq səsverməsi azadlıqları gücləndirəcək, demokratiyanı müdafiə edəcək. Konstitusiyaya olan dəyişikliklər hakimiyyət idarəetməsindəki boşluqları aradan qaldıracaq. Türkiyədə baş verən hadisələrdən sonra belə bir referendum keçirilməsinin zərurəti daha aydın göründü".

5 seçki dairəsi üzrə 49 məntəqədə seçki prosesini izlədiklərini deyən müşahidəçi vurğulayıb ki, seçki ədalətli keçirilib, səslərin sayılması zamanı qanun pozuntusuna rast gəlinməyib. Bu seçkilər Azərbaycan vətəndaşlatının gözləntilərini doğruldacaq. Referenfum keçirilən gün ölkədə sakit və dinc mühit olub".

Müşahidəçi təşkilatçılığa görə, MSK-ya təşəkkür edib.

Bəyanata polis üzrə araşdırma mərkəzinin rəhbəri Bordo Qilis də imza atıb.

Nərgiz


Müəllif: