27 Sentyabr 2016 16:53
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, bu tədbir paytaxtımızda ikinci dəfədir təşkil olunur. İlk dəfə 2014-cü ildə keçirilən sərgiyə 150-dən çox şirkət iştirak ərizəsi təqdim etmişdi. Ancaq 2 ildə qazanılan uğurlar 4 gün davam edəcək builki sərgidəki iştirakçı sayına öz təsirini göstərib. “ADEX 2016” sərgisində 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir. Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Katibliyidir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksi təqdim edir. Burada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirilir. Ümumilikdə, sərgidə quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı istiqamətləri üzrə əldə olunan nailiyyətlər nümayiş etdirilir.

Samir İsayev


Müəllif: