4 Oktyabr 2016 10:03
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi barədə açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkədə nikah bağlamaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 197 min 554 nəfər keçib.

Təkcə cari ilin sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən 10 min 990 nəfər tibbi müayinəyə cəlb olunub.

1 iyun 2015-ci il – 30 sentyabr 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb. Müayinədən keçmiş 9131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını təsdiqləyib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər