10 Oktyabr 2016 10:40
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin 9 ayı ərzində ölkənin avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), həlak olanların sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər həlak olub, 515 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil etmiş, nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olmuş, 137 nəfər yaralanıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: