11 Oktyabr 2016 19:23
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyiklik təklif olunur.

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Deputat bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən yeni dəyikliklə Elmlər Akademiyasının magistr pilləsində təhsil alan və valideyn himayəsindən məhrum olanlar təhsil haqqında azad olunurlar:

“Bu dəyişikliklə digər dövlət ali təhsil müəssisələrinin magistr pilləsi ilə yanaşı, Elmlər Akademiyasının da magistr pilləsində təhsil alan, valideyn himayəsindən məhrum olanlar təhsil haqqı ödəməyəcəklər”.

Hadı Rəcəbli deyib ki, valideynlərini itirmiş vətəndaş istənilən yaşda magistr təhsili alarsa, təhsil haqqından azad olunacaq:

“Qanunda magistr təhsilinə başlamaq yaxşı 23 göstərilib. Amma yeni dəyişikliklə neçə yaşda olmasında asılı olmayaraq valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş magistrlər təhsil haqqı ödəməyəcəklər.

Bununla da “Təhsil haqqında”qanuna da etdiyimiz düzəliş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna da edilir”.

Modern.az


Müəllif: