18 Oktyabr 2016 14:30
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə H.Sarabski adına Mədəniyyət Evinin “Bizim evin qonaqları” layihəsi çərçivəsində görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, deputat oxucularla geniş söhbət edib. Kitab həvəskarlarının toplandığı tədbirdə Q.Paşayevanın kitablarının imza mərasimi də olub. Ziyalıların da iştirak etdiyi görüş maraqlı söhbət və fikir mübadiləsi ilə yadda qalıb.

Kitabsevərlərlə bir arada olmaqdan məmnunluğunu dilə gətirən Q.Paşayeva tədbiri dövlət müstəqilliyinin bərpasının 25 illiyi günündə təşkil etdikləri üçün təşkilatçılara təşəkkürünü bildirib. Deputat bu görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb. Oxucularla yaradıcılığı və kitablarla bağlı müzakirə aparan Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb.

Sonra Q.Paşayeva öz imzası ilə kitablarını oxuculara hədiyyə edib. O, cəmiyyətdə kitaba meyilliliyin artması istiqamətdə ziyalıların üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər