26 Oktyabr 2016 14:56
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.

Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək.

Məsələni Teleqraf.com-a professor Adil Qeybulla şərh edib.

Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanalarının isə əsasən pullu xidmət göstərəcəyi məsələsinin hansı anlama gəlməsi tam izah edilməyib: “Yəni burada hansısa vergi ödəcəyicisindən söhbət gedə bilər. Səhiyyə Nazirliyi də öz növbəsində iddia edir ki, dövlət xəstəxanalarında pulsuz sistem dəyişməz qalacaq.

Fikrimcə, xəstəxanaların pulsuz olması daha yaxşıdır. Çünki publik hüquqi şəxs statusunda fəaliyyət göstərən dövlət xəstəxanaları pullu olsa, vəziyyət kökündən dəyişəcək, insanların maddi vəziyyətləri çətinləşəcək və problem yaranacaq.

Hesab edirəm ki, dövlət xəstəxanalarının pullu olmasındansa, dərhal icbari tibbi siğorta paketi hazırlanmalıdır.

Azərbaycanda fəaliyyət göstərən xəstəxanaların 90-faizdən çox dövlət nəzarətindədir. Onların pullu olması yalnış mövqedir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər