Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İranın Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə ilə görüşüb.
QAT-dan Teleqraf.com-a verilən məlumata görə, A.Nağı səfiri Azərbaycana səfir təyinatı ilə bağlı təbrik edib, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, bu münasibətlərin daha yaxşı olması üçün vətəndaş cəmiyyətlərinin, qeyri-hökumət təşkilatlarının xüsusi rolunu vurğulayıb.
İran səfiri Azərbaycanla münasibətlərə xüsusi önəm verdiklərini, əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildirib. C.Cahangirzadə İranın Qarabağ məsələsinə xüsusi həssaslıqla yanaşdığını, həmişə ədalətli mövqe tutduğunu və bundan sonra da bu istiqamətdə səylər göstərəcəyini qeyd edib.
Səxavət