28 Oktyabr 2016 20:33
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsi ilə tanış olublar.

Bu müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi illik fəaliyyət planına əsasən həyata keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Attaşelərə hərbi hissə barədə məlumat verilib, onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən iyirmidən artıq attaşe aparatı nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar.

Qonaqlara aviasiya texnikası nümayiş etdirilib.

Tədbirə hansı ölkələrin attaşelərinin qatıldığı isə adbaad açıqlanmayıb.


Müəllif: