15 Noyabr 2016 14:03
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputat Qüdrət Həsənquliyev məhkəmələrin fəaliyyətindən narazılığını bildirib.


APA-nın məlumatına görə, Q. Həsənquliyev bildirib ki, hakimlər işlə çox yüklənir: “Bu yaxınlarda bir məhkəmə sədri ilə söhbət etdim. Mənə dedi ki, təkcə noyabr ayında məhkəməyə 17 min mülki xarakterli iş daxil olub. Biz əgər bunu günlər üzrə hesablasaq, bir hakimin üzərinə bir günə minimum 9 iş düşür. Belə olan halda hansısa keyfiyyətli işdən söhbət gedə bilməz. Buna görə də məhkəmələr gözdən düşür, ədalətsizliyə yol verilir. İşlərin çoxluğundan, zaman olmaması ucbatından bu kimi problemlər ortaya çıxır. Ona görə də hakimlərin sayını artırmaq lazımdır. Vəkillərin də sayının artırılması yaxşı olardı. Paralel olaraq, hakimlərin əmək haqlarının artırılması məsələsi yerinə düşərdi. Belə olan halda hakim ləyaqətli həyatını aldığı maaş hesabına təmin edə bilər. Biz vaxtilə həyəcan təbili çalırdıq ki, hüquq-mühafizə orqanları iş adamlarına fəal müdaxilə edir. Çox təəssüf ki indi də buna əməl etməyənlər oldu. Əməl olunmadığına görə də indi onun məhkəmələrdə ağır nəticələrini görürük”.


Müəllif:

Oxşar xəbərlər