27 Yanvar 2017 16:30
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti mediatur təşkil olunub.

Teleqraf.com xəbər verir ki, tədbirdə rektoru Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. O, payız semestrinin imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun və qərəzsiz keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb: “Payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə universitetdə Operativ Qərargah fəaliyyət göstərir.

Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Şəffaf qutular İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə dəfələrlə açılıb, tələbələr tərəfindən bildirilən irad və təkliflər təhlil olunaraq müzakirə olunub”.

Görüşdən sonra KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə imtahanlar izlənilib.

Mediatur iştirakçıları imtahan otaqlarına baxış keçirərək, onun gedişatı ilə tanış olublar.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mubadiləsi aparılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər