Gəncə şəhərində mağazada baş verən yanğın ölümlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Oqtay İsmayılova məxsus mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları yanıb, yanğın söndürüldükdən sonra orada satıcı işləyən şəhər sakini Şahin Əliyevin yanmış meyiti tapılıb.
Yanğının qızdırıcı cihaza nəzarətsizlikdən baş verməsi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov