17 Fevral 2017 17:32
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə ölkədə 26611 cinayət faktı qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qeyd olunan cinayət faktları 2015-ci ilin göstəricisinə nisbətən 1,1 faiz azdır. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 2,2 faiz azalaraq 271 olub.

Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

4618 hadisə şəxsiyyət əleyhinə, 13560 hadisə iqtisadi sahədə törədilən, 7015 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1384 hadisə dövlət hakimiyyəti əleyhinə (o cümlədən, 241 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 34 hadisə isə digər cinayətlərdir.

Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərdən 245-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 353-ü qəsdən sağlamlığa ağır zərər vurma, 43-ü ehtiyatsızlıqdan adam öldürmə, 141-i insan alveri, 17-si adam oğurluğu (onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu), 18-i əzab vermə cinayətlərinə aiddir.

Hesabat dövründə 211 cinayət hadisəsi xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər