22 Fevral 2017 17:24
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər