28 Fevral 2017 16:45
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gorus şəhərinin polis rəisi Gevork Azizyan şəxsi kabinetində Edmon Xaçatryan ilə mübahisə edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Azizyan Xaçatryanı döyərək, xəstəxanalıq edib. Araşdırmalar zamanı məlum olub ki, Edmon Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın qardaşı oğludur.

Tərəflər arasında mübahisə isə qız üstündə olub. Azizyan polis bölməsində çalışan, leytenant rütbəli xanıma sataşıb. Xanım isə öz növbəsində məsələ ilə bağlı sevgilisi Edmona xəbər verib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Elvin


Müəllif:

Oxşar xəbərlər