4 Mart 2017 10:52
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsi tam təmir olunub.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, təmir işləri ilkin etapda küçənin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, daha sonra Əhməd Rəcəbli küçəsi ilə Azadlıq prospektləri arasında yerləşən 1650 metrlik hissəsində aparılıb. Küçənin ortalama eni 16 metr təşkil edir.

Ümumilikdə yolun 38 min kvadrat metr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Səkilərin kənarlarına 5 min paqon-metr yeni səki daşları düzülüb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər