18 Mart 2017 16:06
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-dəBakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, mtahanda 35012 şagirdin iştirak edəcəyi nəzərdə tutulub.

İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb. İmtahanlar 96 mərkəzdə (binada) keçirilib.

Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər