31 Mart 2017 10:23
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda iki intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Əlif Hacıyev küçəsi 37 ünvanında 57 yaşlı Kamal Əzizov yaşadığı evdə ülgüc ilə boyun və qolunun damarlarını kəsərək özünü öldürüb. Kamal Əzizov bu hadisəyə kimi bir neçə dəfə intihara cəhd göstərib.

Nizami rayonunun Əli Vəliyev küçəsi 5 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Denis Makeyev yaşadığı mənzilin 7-ci mərtəbəsinin eyvanından özünü ataraq ölüb.

Denis Makeyev ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Hər iki faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər