4 Aprel 2017 00:51
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdır. Xüsusən dünya miqyasında tanınan ali təhsil müəssisələrində qəbulun əlçatan olması və ötən illərlə müqayisədə asanlaşması hər bir universitetdən öz keyfiyyətini artırmağı tələb edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi ilə görüşündə söyləyib. BMU-nun maddi-texniki bazası ilə tanış olan M.Cabbarov son dörd ildə təhsil sahəsində aparılan islahatlardan və görülən işlərdən danışıb.

BMU-də idarəetmə formasına diqqət çəkən nazir deyib ki, bu təhsil ocağının universitetlər arasında layiqli yer tutması üçün zəruri dəstək göstəriləcək.

Universitetin rektoru Havar Məmmədov bildirib ki, ali təhsil ocağında bakalavr səviyyəsində 3.800 tələbə təhsil alır. Bu tədris ilində doqquz tələbə Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə isə universitetdə 55 Prezident təqaüdçüsü təhsil alır.

Təhsil nazirinə mexanika və kimya mühəndisliyi laboratoriyalarının fəaliyyəti barədə məlumat verilib, kadr hazırlığında unikal baza hesab edilən universitet laboratoriyalarının təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Sonda universitetin kollektivi ilə birgə fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər