24 Aprel 2017 16:17
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 1-4 may 2017-ci il tarixində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar Konfransı"na Azərbaycanın nümayəndə heyəti də qatılacaq.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinə Energetika naziri Natiq Əliyev rəhbərlik edəcək.


120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər