25 Aprel 2017 15:55
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən Hüseyn Cavid prospekti 72 ünvanında aparılmış söküntü işləri qanunidir".

Yasamal Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə yaşayan Həsənova Şövkət və Həsənov Gülmirzə uzun müddət bundan əvvəl evlərini "Olympus" tikinti şirkətinə satıblar:

"Həmin şəxslərə kompensasiya ödənilib və yaşadıqları ev sökülüb. Həmin evin sahibləri kompensasiyalarını alaraq özlərinə ev alıblar, sökülən evlərindən də özləri qeydiyyatdan çıxıblar".

İcra Hakimiyyətindən bildirilib ki, dünən keçmiş ev sahibləri ilə şirkət arasında narazılığa səbəb ərazidə yerləşən təndirin sökülməsi olub: "Ancaq həmin təndirin sökülməsinə də ev sahibi tərəfindən qanuni olaraq icazə verilib. Ev sökülən zaman Həsənova Şövkət şirkət rəhbərliyindən xahiş edib ki, bir müddət onun təndiri fəaliyyət göstərsin. Şirkət tərəfindən təndirin işlədilməsi ilə bağlı qadına müəyyən müddət güzəşt olunub.
Hazırda isə binanın ərazisi genişləndirildiyi üçün təndir sökülüb. Yəni təndirin sökülməsi qanunidir, sənədləşdirilib".

Qeyd edək ki, söküntü zamanı sakinlər "Olympus" tikinti şirkətinə etiraz olaraq avtomobil yolunu bağlayıblar.


Müəllif:

Oxşar xəbərlər