Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, nəticədə rayonun Marsan kəndindən keçən Qapıçay daşıb və kəndin çox hissəsində həyətləri su basıb.
Yerli təsərrüfata ziyan dəyib.