Teleqraf.com xəbər verir ki, bunu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Xalid Ərən deyib.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan Xalid Ərən bildirib ki, forumda səmərəli müzakirələr aparılıb, aktual məsələlər qaldırılıb və onların həlli yolları barədə təkliflər səsləndirilib.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının önəmindən də danışan Xalid Ərən deyib: "Bir çox beynəlxalq forumlara uğurla ev sahibliyi edən Azərbaycanda qlobal əhəmiyyətli humanitar tədbirlərin keçirilməsinə böyük önəm verilir, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqların təşkili üçün mühüm işlər görülür. IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə bir yarışa ev sahibliyi etməklə İslam həmrəyliyinə öz töhfəsini verir", - deyə o vurğulayıb.
/Azertac/