Tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi"nə gün işığı tutan dəyərli araşdırmasını təqdim edirik.
Mircəfər Bağırovun dindirilməsi:
SSRİ-nin baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri Rudenko həbs olunan Bağırov Mir-Cəfər Abbasoviçi 9 aprel 1954-cü il tarixdə SSRİ DİN-in Butırka həbsxanasında dindirdi.
O göstərdi:
SUAL: Siz bolşevik partiyasına nə vaxt daxil oldunuz?
CAVAB: 1917-ci ilin martında Azərbaycan SSR, Quba şəhərində.
SUAL: Partiyaya daxil olmaq üçün ərizə yazmısınız və kim tərəfindən baxılıb?
CAVAB: O vaxt Quba şəhərində partiya təşkilatları yox idi. Penza hərbi drujinasında o vaxt poçtun, xəzinənin, bankın mühafizəsini aparırdım, mən kənd müəllimlərindən olan üç gizirlə - Zonflebellə, İvanovla, üçüncüsünün familiyası yadımda qalmayıb, yoldaşlıq etdim. Bu şəxslər özlərini sosial-demokrat bolşevik adlandırırdılar, mən onların siyasi görüşlərinə şərik olurdum. Biz onlarla yığışırdıq, məsləhətləşirdik ki, ən kasıb təbəqələrin durumunu necə yaxşı etmək olar, bu təbəqələri şəhərlərdə yaşayan bəylərin, qolçomaqların və başqa kapitalist-mülkədar elementlərin təzyiqındən qurtarmaq üçün yollar axtarırdıq. Partiyaya qəbul ərizəsi mən yazmamışam, bu üç adam məni bolşeviklər partiyasına qəbul etdilər. Əslində bu şəxslər mənim zəmanətçilərim idi.
SUAL: Nə üçün 1920-ci ildə təzədən qeydiyyata düşərkən siz başqa zəmanətçiləri göstərdiniz - Vilkovu, Şarapovu, Narçişaşvilini və Ağayevi?
CAVAB: Mən bu yoldaşları ona görə göstərdim ki, onlar qeydiyyat zamanı mənu tanıyırdılar.
SUAL: İndi siz deyirsiz ki, partiyaya 1917-ci ilin martında Qubada daxil olmusunuz, ancaq 16 noyabr 1920-ci ildə yenidən qeydiyyat olanda demisiniz ki, siz partiyaya 1918-ci ilin iyununda Bakı şəhərində daxil olmuşam. Siz bu suala cavab verərkən hansı vaxtı düzgün deyirsiniz?
CAVAB: Mən bilmirəm bu necə alındı.
SUAL: Sizə 6 nömrəli xüsusi şöbənin və revtribunalın 1-ci atıcı diviziyasının partiya üzvlərinin 16.XI.1920-ci il tarixdə yenidən qeydiyyatı ilə bağlı ümumi yığıncaq protokolunun surəti təqdim olunur. Siz təsdiq edirsinizmi ki, bu protokolda sizin partiyaya qəbul haqqında ərizəniz “iyun 1918-ci il, Bakı şəhərində” kimi əks olunub?
CAVAB: Bəli, həqiqətən baxdığım protokolun surətində bu belədir. Nə üçün belə oldu, partiyaya daxil olmağımın vaxtı və yeri istintaq zamanı göstərdiyimdən fərqlidir, izah etməyə çətinlik çəkirəm.
SUAL: Siz təsdiq edirsinizmi ki, partiya stajınızı oktyabra qədər əlavə yazmısınız?
CAVAB: Obyektiv bu belə alınır, lakin mənim fikrimdə olmayıb özümə partiya stajı əlavə edim, ona görə ki özümü partiyada III. 1917-ci ildən hesab edirəm.
SUAL: 1917-ci ildə siz Quba qəzası komissarlığında böyük mülkədar, görkəmli müsavat kapitanı Əli bəy Zizinskinin müavini idiniz, o, quldur dəstəsinin başçısı idi, yerli əhaliyə divan tutmuşdu. Siz bunu təsdiq edirsinizmi?
CAVAB: Bəli, məni yəhudi qəsəbəsində komissar vəzifəsindən üç şəxsin təşəbbüsü ilə, hansılar ki məni partiyaya qəbul etmişdilər, Zizinskinin müavini təyin etdilər. Bu vəzifədə mən sentyabr 1917-ci ilə qədər işlədim, sonra müəllimlik etdim. Mənim vaxtımda bu cür vəhşilik yox idi.
SUAL: Siz 1921-ci ildə partiya məsuliyyətinə cəlb olunmusunuz?
CAVAB: Yox, cəlb olunmamışam. 1922-ci ilin yayında mənə dedilər ki, MK-nın qərarı ilə məni partiyada saxladılar. 1921-ci ildə partiya məsələmlə əlaqədar məni heç yerə çağırmadılar.
SUAL: Əksinqilabçı, quldur Zizinski qeyri-leqal vəziyyətdə ikən Şamaxıda olarkən əksinqilabçı elementlərlə əlaqə quranda, nə üçün siz Azərbaycan FK sədri kimi onun həbsinə heç bir tədbir görmədiniz və onu məsuliyyətdən qoruyurdunuz?
CAVAB: Zizinskinin gizlənməsini və antisovet işi aparmağını mən bilmirdim, biz onu axtarırdıq.
SUAL: Siz düzünü demirsiniz. Zizinskinin cinayət işləri barəsində Şamaxı qəzasının Siyasi büro rəisi Krasnov xəbər vermişdi. Siz bunu təsdiq edirsinizmi?
CAVAB: Siyasi büroda - y.Krasnovda belə xəbərlərin olduğu yadımda deyil.
SUAL: Necə oldu ki 1923-cü ildə Zizinski aşkara çıxdı, siz FK rəhbəri kimi bu barədə bilməli idiniz?
CAVAB: Zizinski mənim göstərişimlə aşkarlığa çıxdı, o məqsədlə ki gələcəkdə onu repressiya etmək imkanı olsun.
SUAL: Siz bunu ona görə etmisiniz ki, Zizinski ilə Qubada bir işləmisiniz ?
CAVAB: Xeyr. Buna görə deyil.
SUAL: Siz Zizinskinin şuluqluğunun, vəhşiliklərinin şahidi olmusunuz. Nə üçün repressiya etmək əvəzinə, onu leqallaşdırırdınız?
CAVAB: Zizinskinin vəhşiliklərini mən həqiqətən bilirdim. Onun repressiya əvəzinə leqallaşması, hesab edirəm, mənim səhvim idi.
SUAL: Sizə keçmiş qərargah rəisi Şukripaşa-Əhməd Bedin tanışdır, onun rəhbərliyilə türk qoşunları Quba şəhərini zəbt etdilər, orada erməni əhalisini qırdılar və Quba revkomunun sədr müavini Məhəmməd Mehdini asdılar?
CAVAB: Əhməd Bedin, o həmçinin Əhməd Triniç idi, mənə 1922-ci ildən tanışdır, mən onunla partiya yığıncaqlarında, konfranslarda görüşmüşəm və onu Azərbaycanın rəhbər işçilərindən biri kimi tanıyıram. 1920-ci ildə Bakıda şayiələr gəzirdi ki, guya Bedin-Triniç türklərlə bir yerdə vəhşiliklər edib, lakin bu məsələdə aydınlıq yox idi.
SUAL: Siz yenə düzünü demirsiniz. Bedin-Triniçin keçmişi haqqında yoxlanmış xəbəri siz kəşfiyyat xəttilə Əfəndiyevdən, partiya xəttilə Qulam Məmmədovdan, Bulqeyis Məmmədovadan və b. almışdınız. Siz bunu təsdiq edirsinizmi?
CAVAB: Bəli, təsdiq edirəm. Təxminən 1937-ci ilə qədər, bizdə Triniç barədə fəal işləmə yox idi, ona görə onun cinayətləri haqqında məlumatlar bir-birinə zidd idi.
SUAL: Nə üçün Triniç kimi böyük kəşfiyyatçı uzun müddət öz cinayətlərinə görə məsuliyyətdən sizin tərəfinizdən qorunurdu?
CAVAB: Mən artıq göstərdim ki, onun cinayətı barəsində bir-birinə zidd xəbərlər var idi. Həqiqətdə 1933-cü ildə onun haqqında Baba Əliyev ərizə yazmışdı, lakin ondan sonra bəziləri onu təmizə çıxartdılar, başqaları isə ittiham edirdilər, başa düşmək çətin olurdu. Mən Triniçi müdafiə etmirdim.
SUAL: Siz təsdiq etdiniz ki, həbsə qədər Beriyanın ən yaxın adamı idiniz. Siz təsdiq edirsinizmi ki, onu həmişə dəstəkləmisiniz, bəd əməllərini ört-basdır etmisiniz?
CAVAB: Bəli, mən onunla dostluq edirdim.
SUAL: 1921-ci ilin martında kommunist Şəmsov sizi kobudluqda, lovğalıqda ittiham etdi və tələb etdi ki, siz qanuna riayət edəsiniz. Bunun cavabında Beriya öz çıxışında bəyan etmişdi: «Bağırov yeganə insandır ki, ən yaxşı yoldaşlardandır, məsul vəzifə tutaraq heç bir qruplaşmaya qoşulmadı». Bu, Beriya tərəfindən müdafiə idi?
CAVAB: Bəli, bu onun müdafiəsi idi.
SUAL: Həmin iclasda iştirak edənlərə Beriyanın amoral hərəkəti sübut olundu. Siz çıxış etdiniz və dediniz: «...Beriya tənbəllərə qarşı tələbkardır, bu yoldaşlar ondan qisas almaq üçün qəsdən təmizləmə oynayırlar..». .
Nə üçün siz Beriyanı müdafiə etdiniz, o, onu ittiham edən şəxsləri pisləmirdi?
CAVAB: Bəli, mən onun müdafiə edirdim.
SUAL: Siz təsdiq edirsinizmi Nodevi ona görə cəzalandırdınız ki, o, Beriya haqqında çekist kimi pis danışdı?
CAVAB: Bəli, təsdiq edirəm.
SUAL: Beriyanın Gürcüstan BSİ-də işləməsi üçün kim zəmanət vermişdi?
SUAL: Beriyanı Bakıdan Gürcüstana başqa işə keçirmək nə ilə əlaqədardı?CAVAB: Mən doğrudan da Beriya haqqında yaxşı xasiyyətnamə vermişdim.
CAVAB: Onu oraya ona görə götürdülər ki, o, gürcü idi.
SUAL: Siz düz danışmırsınız. Sizə məlum idi ki, Beriyanı işdən çıxartmış və ona FK orqanlarında işləməyi qadağan etmişdilər və o, partiya töhməti almışdı.
Düzgün cavab verin, nə üçün partiya qərarına riayət etməyərək siz Beriyaya Gürcüstan FK-ya keçmək üçün kömək etdiniz?
CAVAB: O vaxt partiyanın belə qərarından xəbərim yox idi və mənə Beriya bu haqda bir söz demədi.
SUAL: 1929-cu ildə Azərbaycan BSİ-nin sədri vəzifəsinə qayıtmağa sizə kim kömək etdi?
CAVAB: Beriya.
SUAL: Deməli, siz bir-birinizə kömək edirdiniz və bir-birinizi irəli çəkirdiniz?
CAVAB: Obyektiv bu belə olur.
SUAL : Beləliklə, sizin Beriya ilə sıx şəxsi əlaqələriniz 1920-ci ildən yaranmışdır?
CAVAB: Bəli. Daha doğrusu, 1921-ci ilin fevralından.
SUAL: Beriyanın müsavatın kəşfiyyatındakı xidmətindən sizin xəbəriniz var idi, bu barədə nə vaxt və hansı şəraitdə öyrənə bildiniz?
CAVAB: Bəli, bilirdim. Bu barədə mənə Beriya özü danışıb, ertəsi günü 1921-ci il fevral ayında Azərbaycan FK-ya işə gələndə, o, SOÇ rəisi və mənim müavinim idi. Mənə danışırdı ki, bu kəşfiyyatda o, partiyanın tapşırığı ilə işləyirdi. Partiyanın və Sovet dövlətinin yanında mənim ən böyük səhvim ondan ibarətdir ki, mən Beriyanın sözünə inandım və onun məlumatını həbsinə qədər heç yerdə yoxlamadım. Burdan, doğrusu, əgər belə demək olarsa, Beriya ilə mənim dönüklük tarixçəm başlayır.
SUAL: Beriya söz vermişdi ki, sizi Moskvaya gətirəcək?
CAVAB: Bu heç vaxt olmayıb.
SUAL: Siz düzünü demirsiniz. Beriyanın keçmiş mühafizə rəisi Sarkisov göstərdi: «Təxminən 1947-1948-ci illərdə Beriya maşında Bağırovla bir gedirdilər və ona o belə dedi: «Gözlə, biz səni də tezliklə Moskvaya gətirərik». Bu vaxt mən maşında idim».
Siz Sarkisovun ifadəsini təsdiqləyirsiniz?
CAVAB: Ola bilsin belə söhdət olsun, lakin mən onu xatırlamıram.
SUAL: Siz bilirdiniz ki Beriya Serqo Orconikidzeyə münasibətdə qəzəbli intriqa ilə mübarizə aparır?
CAVAB: Bəli, bilirdim ki, Beriya şərəfsiz və alçaqcasına Serqo Orconikidzeyə münasibət bəsləyirdi.
SUAL: Siz dediniz ki Serqo Orconikidze ən yaxşı rəhbərlərdən idi, onun sizə qarşı ürəkdən səmimi və doğma münasibəti var idi. Nə üçün siz bir iş görmədiniz ki, Beriyanın namərdliyini və alçaqlığını ifşa edəsiniz, axı o, Serqo Orconikidzeni təqib edirdi?
CAVAB: Vicdanla deyirəm ki, məndə buna cəsarət çatmadı.
SUAL: Bəs siz özünüz Beriya kimi Serqo Orconikidzeyə qarşı intriqa mübarizəsini aparırdınız?
CAVAB: Yox, belə ittihamı mən qətiyyətlə inkar edirəm, mənim tərəfimdən Serqo Oconikidzeyə qarşı heç bir kin, ədavət olmayıb.
SUAL: Sizi Azərbaycan KP katibi vəzifəsinə irəli çəkəndə Serqo Orconikidze neçə yanaşdı?
CAVAB: Mənim irəli çəkilməyimə o, mənfi münasibət bəslədi, hesab edirdi ki mən partiya rəhbərliyinə layiq deyiləm. Lakin onun belə fikri məni incitmədi və Serqoya qarşı fikir yaratmadı.
SUAL: Siz Azərbaycan KP MK katibi olarkən insanların həbslərində və dindirmələrdə şəxsən iştirak etmisinizmi?
CAVAB: İnsanların həbsləri üçün əsaslar olanda, mən elə göstərişlər verirdim, bir neçə nəfər həbsdən sonra mənim iştirakımla dindirildi. İndi çətinlik çəkirəm, ona görə də xatırlamıram belə hadisələrin hamısını.
SUAL: Siz həbs olunanları döyürdünüz?
CAVAB: Şəxsən mən həbsdə olanlarını döyməmişəm, bu barədə kiməsə göstəriş vermişəm – yadımda deyil.
SUAL: Azərbaycanda, belə desək, Beriyaya və sizə qarşı terror aktları üzrə neçə iş yaradılmışdır?
CAVAB: Mənə məlum olanı belə 16 -17 iş.
SUAL: Bu işlər üzrə nə qədər insan güllələndi?
CAVAB: Deyə bilmərəm, ona görə ki yadımda qalmayıb, bu cür hallarda adətən güllələyirdilər.
SUAL: Siz ciddi inanırdınız ki, sizə qarşı terror aktları hazıırlayırdılar?
CAVAB: Yox. İnanmırdım.
SUAL: Onda nə üçün siz imkan yaradırdınız ki, belə uydurma terror aktlarının hazırlanması ilə əlqəli “işlər” yaransın, insanlar güllələnsin?
CAVAB: Əgər belə “işlər” süni yaranırdısa, kimlər ki bu işlə məşğul olubsa, bu, ən böyük əclaflıqdır. Ayrı işlər haqqında mənə məruzə edirdilər, ancaq mən onların dərinliyinə xüsusi diqqət vermirdim və sayını bu ilin martına kimi dəqiq bilmirdim.
SUAL: Belə olduqda siz hesab edirsiniz ki, bu cür işlərin yaranması düşmənin işi ola bilər?
CAVAB: Bəli, bu, əclaf düşmənin işidir.
İfadə mənim sözlərimdən düz yazılıb və mənim tərəfimdən oxunuldu.
Bağırov
İstintaq başladı saat 14.50 dəqiqədə və qurtardı saat 21.20 dəqiqədə. Dindirdi: SSRİ Baş prokuroru R.Rudenko
İstintaqda iştirak edirdi və ifadələri yazırdı
SSRİ baş prokurorun köməkçisi Preobrajenski
Düzdür: [imza oxunmur]
Surəti. Maşın yazısı.
İstintaq başa çatdıqdan sonra Beriyadan fərqli olaraq M.C.Bağırova qarşı açıq məhkəmə prosesi qurulur. Məhkəmə M.C.Bağırovdan başqa Azərbaycandakı represiv mexanizmin hissələri olan S.Yemelyanovun, X.Qriqoryanın, R.Markar¬yanın, A.Ata¬kişiyevin, T.Borşovun və Sumbatov-Topuridzenin (qiyabi-A.M.) fəaliyyətlərinə hüquqi qiymət verirdi. M.C.Bağırov və onlar daha çox repressiyaların təşkilində ittiham olunurdular. Onda sual oluna bilər: məgər bu repressiyalar birbaşa Moskvadan İttifaq Xalq Daxili İşlər Komissarlığının (00447 nömrəli sərəncama əsasən-A.M.) göstərişinə uyğun aparılmırdımı?
Növbəti yazıda məhkəmədən sonra M.C.Bağırovun qərəzli şəkildə mətbuat tərəfindən vurulmasından bəhs edəcəyik.
IX yazıda M.C.Bağırovun Beriyanın ölümündən sonrakı taleyindən bəhs etmişdik.
"Ölkə.Az" istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi"nə gün işığı tutan dəyərli araşdırmasından X yazını sizə təqdim edir:
... Həbs olunanın istintaq protokolu

CAVAB: Mən doğrudan da Beriya haqqında yaxşı xasiyyətnamə vermişdim.
SUAL: Beriyanı Bakıdan Gürcüstana başqa işə keçirmək nə ilə əlaqədardı?
CAVAB: Onu oraya ona görə götürdülər ki, o, gürcü idi.
SUAL: Siz düz danışmırsınız. Sizə məlum idi ki, Beriyanı işdən çıxartmış və ona FK orqanlarında işləməyi qadağan etmişdilər və o, partiya töhməti almışdı.
Düzgün cavab verin, nə üçün partiya qərarına riayət etməyərək siz Beriyaya Gürcüstan FK-ya keçmək üçün kömək etdiniz?
CAVAB: O vaxt partiyanın belə qərarından xəbərim yox idi və mənə Beriya bu haqda bir söz demədi.
SUAL: 1929-cu ildə Azərbaycan BSİ-nin sədri vəzifəsinə qayıtmağa sizə kim kömək etdi?
CAVAB: Beriya.
SUAL: Deməli, siz bir-birinizə kömək edirdiniz və bir-birinizi irəli çəkirdiniz?
CAVAB: Obyektiv bu belə olur.
SUAL : Beləliklə, sizin Beriya ilə sıx şəxsi əlaqələriniz 1920-ci ildən yaranmışdır?
CAVAB: Bəli. Daha doğrusu, 1921-ci ilin fevralından.
SUAL: Beriyanın müsavatın kəşfiyyatındakı xidmətindən sizin xəbəriniz var idi, bu barədə nə vaxt və hansı şəraitdə öyrənə bildiniz?
CAVAB: Bəli, bilirdim. Bu barədə mənə Beriya özü danışıb, ertəsi günü 1921-ci il fevral ayında Azərbaycan FK-ya işə gələndə, o, SOÇ rəisi və mənim müavinim idi. Mənə danışırdı ki, bu kəşfiyyatda o, partiyanın tapşırığı ilə işləyirdi. Partiyanın və Sovet dövlətinin yanında mənim ən böyük səhvim ondan ibarətdir ki, mən Beriyanın sözünə inandım və onun məlumatını həbsinə qədər heç yerdə yoxlamadım. Burdan, doğrusu, əgər belə demək olarsa, Beriya ilə mənim dönüklük tarixçəm başlayır.
SUAL: Beriya söz vermişdi ki, sizi Moskvaya gətirəcək?
CAVAB: Bu heç vaxt olmayıb.
SUAL: Siz düzünü demirsiniz. Beriyanın keçmiş mühafizə rəisi Sarkisov göstərdi: «Təxminən 1947-1948-ci illərdə Beriya maşında Bağırovla bir gedirdilər və ona o belə dedi: «Gözlə, biz səni də tezliklə Moskvaya gətirərik». Bu vaxt mən maşında idim».
Siz Sarkisovun ifadəsini təsdiqləyirsiniz?
CAVAB: Ola bilsin belə söhdət olsun, lakin mən onu xatırlamıram.
SUAL: Siz bilirdiniz ki Beriya Serqo Orconikidzeyə münasibətdə qəzəbli intriqa ilə mübarizə aparır?
CAVAB: Bəli, bilirdim ki, Beriya şərəfsiz və alçaqcasına Serqo Orconikidzeyə münasibət bəsləyirdi.
SUAL: Siz dediniz ki Serqo Orconikidze ən yaxşı rəhbərlərdən idi, onun sizə qarşı ürəkdən səmimi və doğma münasibəti var idi. Nə üçün siz bir iş görmədiniz ki, Beriyanın namərdliyini və alçaqlığını ifşa edəsiniz, axı o, Serqo Orconikidzeni təqib edirdi?
CAVAB: Vicdanla deyirəm ki, məndə buna cəsarət çatmadı.
SUAL: Bəs siz özünüz Beriya kimi Serqo Orconikidzeyə qarşı intriqa mübarizəsini aparırdınız?
CAVAB: Yox, belə ittihamı mən qətiyyətlə inkar edirəm, mənim tərəfimdən Serqo Oconikidzeyə qarşı heç bir kin, ədavət olmayıb.
SUAL: Sizi Azərbaycan KP katibi vəzifəsinə irəli çəkəndə Serqo Orconikidze neçə yanaşdı?
CAVAB: Mənim irəli çəkilməyimə o, mənfi münasibət bəslədi, hesab edirdi ki mən partiya rəhbərliyinə layiq deyiləm. Lakin onun belə fikri məni incitmədi və Serqoya qarşı fikir yaratmadı.
SUAL: Siz Azərbaycan KP MK katibi olarkən insanların həbslərində və dindirmələrdə şəxsən iştirak etmisinizmi?
CAVAB: İnsanların həbsləri üçün əsaslar olanda, mən elə göstərişlər verirdim, bir neçə nəfər həbsdən sonra mənim iştirakımla dindirildi. İndi çətinlik çəkirəm, ona görə də xatırlamıram belə hadisələrin hamısını.
SUAL: Siz həbs olunanları döyürdünüz?
CAVAB: Şəxsən mən həbsdə olanlarını döyməmişəm, bu barədə kiməsə göstəriş vermişəm – yadımda deyil.
SUAL: Azərbaycanda, belə desək, Beriyaya və sizə qarşı terror aktları üzrə neçə iş yaradılmışdır?
CAVAB: Mənə məlum olanı belə 16 -17 iş.
SUAL: Bu işlər üzrə nə qədər insan güllələndi?
CAVAB: Deyə bilmərəm, ona görə ki yadımda qalmayıb, bu cür hallarda adətən güllələyirdilər.
SUAL: Siz ciddi inanırdınız ki, sizə qarşı terror aktları hazıırlayırdılar?
CAVAB: Yox. İnanmırdım.
SUAL: Onda nə üçün siz imkan yaradırdınız ki, belə uydurma terror aktlarının hazırlanması ilə əlqəli “işlər” yaransın, insanlar güllələnsin?
CAVAB: Əgər belə “işlər” süni yaranırdısa, kimlər ki bu işlə məşğul olubsa, bu, ən böyük əclaflıqdır. Ayrı işlər haqqında mənə məruzə edirdilər, ancaq mən onların dərinliyinə xüsusi diqqət vermirdim və sayını bu ilin martına kimi dəqiq bilmirdim.
SUAL: Belə olduqda siz hesab edirsiniz ki, bu cür işlərin yaranması düşmənin işi ola bilər?
CAVAB: Bəli, bu, əclaf düşmənin işidir.
İfadə mənim sözlərimdən düz yazılıb və mənim tərəfimdən oxunuldu.
Bağırov
İstintaq başladı saat 14.50 dəqiqədə və qurtardı saat 21.20 dəqiqədə. Dindirdi: SSRİ Baş prokuroru R.Rudenko
İstintaqda iştirak edirdi və ifadələri yazırdı
SSRİ baş prokurorun köməkçisi Preobrajenski
Düzdür: [imza oxunmur]
Surəti. Maşın yazısı.
İstintaq başa çatdıqdan sonra Beriyadan fərqli olaraq M.C.Bağırova qarşı açıq məhkəmə prosesi qurulur. Məhkəmə M.C.Bağırovdan başqa Azərbaycandakı represiv mexanizmin hissələri olan S.Yemelyanovun, X.Qriqoryanın, R.Markar¬yanın, A.Ata¬kişiyevin, T.Borşovun və Sumbatov-Topuridzenin (qiyabi-A.M.) fəaliyyətlərinə hüquqi qiymət verirdi. M.C.Bağırov və onlar daha çox repressiyaların təşkilində ittiham olunurdular. Onda sual oluna bilər: məgər bu repressiyalar birbaşa Moskvadan İttifaq Xalq Daxili İşlər Komissarlığının (00447 nömrəli sərəncama əsasən-A.M.) göstərişinə uyğun aparılmırdımı?
Növbəti yazıda məhkəmədən sonra M.C.Bağırovun qərəzli şəkildə mətbuat tərəfindən vurulmasından bəhs edəcəyik. (Ölkə.az)