Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib 2017-ci il mayın 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Rezidenturaya qəbul olmaq istəyən namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib 2017-ci il mayın 22-dək qeydiyyatdan keçməlidirlər.
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olub qeydiyyatdan keçməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.
Şəfiqə