17 May 2017 14:02
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər süd vəzindən şikayətlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri ATU-nun Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mammoloq-radioloq Günel Qəmbərova bildirib.

Onun sözlərinə görə, süd vəzisi giləsindən açıq rəngli mayenin gəlməsi tibbi dildə “Qalaktoreya” adlanır: “Qadınların bu kimi hallarda diqqətli olmaları tövsiyə edilir.

Belə ifrazat birmənalı qarşılanmamalı və tam detallı müayinə olunmalıdır. Qalaktoreya-qeyri-laktasion periodda, yəni süd vermə periodundan kənar vaxtda gilədən gələn süddür. Bunun səbəbi polietioplojidir.

Əgər qadının sinə alt paltarı mütəmadi islanırsa, o, gecikmədən həkim mammoloqa müraciət etməlidir. Bunun səbəbi hipofizdə olan adenoma ola bilər. Bu zaman qanda ilk öncə prolaktinin səviyyəsi təyin olunur və hipofizin kontrastlı - MRT müayinəsi aparılır. Digər səbəb dofamin sintezini azaldan hər hansı bir preparat qəbulu ola bilər. Bu da medikamentoz qalaktoreya yarada bilər.

Həddən çox istifadə olunan estrogen tərkibli oral kontraseptiklər prolaktin sintezini qaldıra bilər və qalaktoreya yaranmış olar. Pasientdə hipotireoz varsa, qanda tiroliberin sintezi qalxar və bu da dofamin və prolaktin sekresiyasını stimulə edər və sonda qalaktoreya yaranmış olar”.

Günel Qəmbərova qadınların gecikmədən həkimə müraciət etməli olduqlarını da qeyd edib: “Məlum olduğu kimi, süd vəzi öz anatomiyasını və strukturasını digər orqanların hesabına qurur və ona görə də həm həkim endokrinoloqlar və ginekoloqlar, həm də pasientlərin özləri bu barədə daha diqqətli olmalı, gecikmədən və vaxtında həkim müayinəsindən keçməlidirlər”.

Şəfiqə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər