Teleqraf.com xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Elgiz Qəhrəmanın şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Elgiz Qəhrəman narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov