11 May 2017 13:45
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “İnşaat və Tərtibat” sahəsinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Türkiyə İqtisadiyyat Nazirliyi və Əskişəhər Ticarət Palatasının dəstəyilə baş tutub.

Tədbirdə çıxış etmiş Əskişəhər Ticarət Palatasının İdarə Heyətinin üzvü Hakan İşıq bildirib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyirlər: “Əskişəhər Türkiyənin ticarət və sənaye mərkəzi sayılır. Dünyanın bir çox ölkələri ilə fəal əməkdaşlıq etdirik. Bundan sonra bu əməkdaşlığı Azərbaycanda da həyata keçirmək istəkləyirik”.

Hakan İşıq qeyd edib ki, Əskişəhər Ticarət Palatasının hazırda 16 min üzvü var: “2009-cu ildən bəri Avropada, Asiyada əməkdaşlığımızı genişləndirmək istəyirik. Azərbaycan ilə ticarətimizi artırmaq niyyətindəyik. 22 ölkə ilə əməkdaşlıq edirik. Həmçinin Azərbaycan vasitəsilə qonşu ölkələrin bazarlarına da çıxmaq fikrimiz var”.

Tədbirdə bildirilib ki, Əskişəhərin sənayenin və iqtisadiyyatın bir çox sahələrində inkişaf edib.

Tədbirdə, həmçinin Türkiyənin mebel, xalçaçılıq üzrə aparıcı şirkətləri də iştirak ediblər. Həmin şirkətlər Azərbaycan bazarına maraqlı olduqlarını bildiriblər. Həmçinin azərbaycanlı iş adamlarının da Əskişəhərə işgüzar səfərinin olacağını qeyd ediblər. Hazırda azərbaycanlı iş adamları ilə görüşlər həyata keçirdiklərini bildiriblər, eyni dili danışan qardaş ölkədə əməkdaşlıq qurmaqdan məmnunluq ifadə ediblər.

Tədbirdə qeyd edilib ki, dünyanın 30-dan çox ölkəsində nümayəndəlikləri olan və əməkdaşlıq edən şirkətlərin Azərbaycan bazarlarına marağı böyükdür.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər