26 May 2017 16:41
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci il dünyada xanım müdirələrin sayında və onların qazancında artım müşahidə olunub.

Teleqaf.com xarici KİV-ə istinadla xəbər verir ki, ancaq hələ də qadın rəhbərlərin sayı kişilərlə müqayisə edilməyəcək qədər azdır.

Ötən il ortalama bir “qlobal xanım”a 13,1 milyon illik maaş ödənib. Bu isə 2015-ci ilə görə 9% artım deməkdir.

ABŞ-da qadın qlobal şirkət müdirlərinə ödənmiş maaş ümumi rəhbər xanımlara ödənən maaşın 6%-ni təşkil edib. ABŞ-da olan 346 rəhbərin yalnız 21-i xanımdır.

Qadın şirkət müdirələrində ən yüksək maaş IBM-in prezidenti xanım Virciniya Rometti alıb. O, illik 32,3 milyon ABŞ dolları pul qazanıb. Virciniyanın qazancı 2015-ə görə 63% artıb.

İkinci ən çox qazanan xanım Yahoo şirkətinin prezidenti Marissa Mayer olub. O, ötən il 27,4 milyon ABŞ dolları pul qazanıb. Xanım Mayerin qazancı təkcə Yahoo-dan aldığı maaş olmayıb. O həmçinin, öz şirkəti “Verizon Communications Inc.”-dən də müəyyən məbləğ qazanıb.

Üçüncü ən çox qazanan isə “Pepsi” şirkətinin xanım rəhbəri İndra Nuyi olub. Onun illik qazancı 25,2 milyon ABŞ dolları təşkil edib. Xanım təkcə “Pepsi”nin rəhbəri deyil, o, həmçinin “Mountain Dew” soda və məşhur “Lays” çips şirkətlərinin də sahibidir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər