31 May 2017 17:07
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra kütləvi informasiya vasitələrində “Atəşgah Sığorta Agentliyi” MMC-nin ləğvinə dair yayımlanan elanla əlaqədar bildirmək istərdik ki, bu məlumatın “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinə heç bir aidiyyatı yoxdur.

Bu barədə Teleqraf.com-a “Atəşgah” Sığorta Qrupundan bildiriblər.

Məlumatda deyilir ki, hər iki şirkətin fəaliyyətində heç bir dəyişiklik yoxdur. Şirkətlərin iş rejimi bazar ertəsi-cümə günləri saat 9.00-dan 18.00-dək olsa da müştərilərin rahatlığını təmin etmək məqsədilə nahar fasiləsi zamanı da xidmət göstərilir.

Xatırladılır ki, “Atəşgah” sığorta şirkəti 1996-cı ildə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur.

“Atəşgah” Sığorta Qrupu müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. Qrupun regionlarda 14, Bakıda isə 10 filialı fəaliyyət göstərir.


Müəllif: İlhamə

Oxşar xəbərlər