2 İyul 2017 17:47
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti havaların bir nömrəli qıdası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur.

Teleqraf.com xəbər verir ki, sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Yəni dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir ve sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır.

Dondurmanın yalnız isti havalarda deyil, müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər.

Bütün bunlarla yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir, çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir.

Beləliklə, antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı qida vasitəsindən təhlükəli düşmənə çevrilə bilər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər