4 İyul 2017 19:11
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəsində 91 min avronu qanunsuz yolla Fransaya keçirmək istəyən şəxs Strasburq aeroportunda saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yoxlama zamanı şəxsin bədənində naməlum cism aşkar edilib və o, rentgen yoxlanışına dəvət olunub.

İlk olaraq, onun mədəsində marixuananın olduğu iddia edilsə də, yoxlanış zamanı kişinin qarnından çıxanlar görənləri çaş-baş salıb.

O, mədəsində 10 bağlamada 79 min avro və 13 min İsveç frankı (12 min avro) ilə təyyarəyə minməyə çalışıb.

Faktla bağlı araşdırmalara başlanıb.


Müəllif: Samir

Oxşar xəbərlər