4 İyul 2017 23:38
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində istehsal olunan 21 metr uzunluğundakı nəhəng avtobus xüsusi rels sistemi üzərində saatda 60 km sürətlə hərəkət edə bilir

Teleqraf.com "Sputnik"ə istinadən xəbər verir ki, Çinin Xeibey əyalətinə bağlı Jinhadau şəhərində sınaq testinə başlayan "Gələcəyin avtobusu" haqda istintaq işi açılıb. Avtobusu istehsal edən şirkət fırıldaqçılıqda və çirkli pul əldə etməkdə təqsirləndirilir.

Çin polisinin istintaq başlatmasına səbəb, ötən həftə CNN telekanalının sözügedən avtobus haqda yayımladığı reportaj olub. Telekanalın apardığı araşdırma nəticəsində şirkətin qeyri-qanuni yollarla pul topladığı üzə çıxıb.

Qeyd edək ki, Çində istehsal olunan 21 metr uzunluğundakı nəhəng avtobus xüsusi rels sistemi üzərində saatda 60 km sürətlə hərəkət edə bilir. Avtobus bir dəfəyə 300 nəfər sərnişin daşıma gücünə malikdir.

Digər avtomobillərin altından keçməsinə imkan verən avtobus, böyüklüyünə baxmayaraq, tıxaca səbəb olmur.


Müəllif: Teleqraf.com