Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Nyu-York şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, N. Sadıqov iyulun 6-7-də Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcək.