9 İyul 2017 17:14
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər qan dövranının normal olması üçün oturma qaydasına diqqət etməyin vacib olduğunu bildirirlər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ayağı ayaq üstünə aşıraraq oturmaq qan dövranını məhdudlaşdırır. Üstəlik, bu sayaq oturuş qanın yuxarıya axmasının qarşısını aldığı üçün varikoz riski yaradır. Varikoz şikayəti olanların və ya bundan şübhələnənlərin bu cür oturmasını məsləhət görülmür.

Diz oynağının və çanaq oynağının rahat olacağı hündürlük və doğruluq nisbəti var. Ayaqlar nə hündürdə asılı qalmamalı, nə də çox aşağı şəkildə diz bucağı daralmamalıdır.

Mütəxəssislər bununla kifayətlənməməyi, bəzi məşqlər etməyi də məsləhət görür. Hökmən məşqlər etməli, təmiz havaya çıxmalı, zərurət yaranarsa C və digər vitaminlər qəbul etməliyik. Ayaqüstə çox dayanmamağa diqqət etməliyik. Nəqliyyat vasitələri ilə uzun müddət davam edəcək səyahətlər zamanı hökmən ayaq və qıç məşqləri etməliyik.


Müəllif: Şəfiqə