Bunu Teleqraf.com-a KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.
KXCP sədri qeyd edib ki, bu quruma daha çox siyasi partiyaların məsləhətləşmə mərkəzi kimi baxmaq lazımdır: “Əməkdaşlıq Mərkəzi isə artıq fəaliyyətini başa çatdırıb. Yəqin ki, bu məsələ rəsmiləşdiriləcək. İndi partiyaların sayı çoxdur. Partiyalar özləri də bu qərara gəliblər ki, bu qurum blok, əməkdaşlıq mərkəzindənsə, siyasi məsləhətləşmə platforması kimi nəzərdə tutulsun”.
Xatırladaq ki, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində KXCP, ADP, ALDP, BAP Azadlıq və Aydınlar partiyaları birləşir.