11 İyul 2017 13:24
2 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Xırdalanda yerləşən Sosial-Humanitar kolleci və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kollecinin birləşdirilməsi məsələsi müzakirə olunmur.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, indiki bu üç kollecin birləşdirilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Xırdalanda yerləşən Sosial-Humanitar kollec və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kollecinin birləşdirilməsi xəbəri yayılmışdı.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər