21 İyul 2017 08:48
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Votsap” yeniliyə hazırlaşır.

Teleqraf.com “Technote”yə istinadən xəbər verir ki, söhbət iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni funksiyadan gedir.

Android üçün 2.17.265 versiyalı “Votsap” beta test mərhələsinə videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Bundan sonra istifadəçilər video-zəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya biləcəklər.

Bununla da istifadəçilər eyni anda həm video-zəng vasitəsilə ünsiyyət qura, həm də digər istifadəçilərə mesaj yaza biləcəklər.


Müəllif: Teleqraf.com