26 İyul 2017 16:07
638

Hər gün əhali tərəfindən dondurmaların keyfiyyəti ilə bağlı Azad İstehlakçılar Birliyinə 15-dən çox şikayət daxil olur.

Bunu Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, dondurma istehsalı ilə məşğul olan şirkətə məxsus avadanlıqlar sterilizə olunmur: “Avadanlıqlara bakteriyalar düşür və dondurmalara qarışır. Nəticədə onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan maddələr olur. İqtisadiyyat Nazirliyi bazarda olan təhlükəli mallar barədə əhaliyə xəbərdarlıq edib. Amma nazirlik bazarda olan təhlükəli malların yığışdırılması üçün mütəmadi reylər aparmalıdır”.

Ekspert bildirib ki, qida təhlükəsizliyinə ciddi nəzarət olunmalıdır: “Sahibkarlığın inkişafı məqsədilə yoxlamalar 2 il müddətində dayandırılıb. Bəzi istehsal müəssisələri onlara yaradılan şəraitdən su-istifadə edir. Əvvəlki ildə satılmayan dondurmalar bu il təkrar satışa çıxarılır”.

Eyyub Hüseynov qeyd edib ki, dondurma marketlərdə xüsusi soyuducu kameralarda mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanmalıdır.

Birliyin sədri əlavə edib ki, bazarda keyfiyyətsiz dondurmalarla yanaşı, saxta kofelər də var: “İqtisadiyyat Nazirliyi tərəfidən kofelərlə bağlı reydlər aparılmalıdır”.

Qeyd edək ki, İqtisadiyyat və Səhiyyə nazirlikləri tərəfidən istehlak bazarında dondurmanın keyfiyyəti ilə bağlı nəzarət tədbirləri aparılır.


Müəllif: İlhamə Əbülfət