31 İyul 2017 23:58
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir.

Teleqraf.com-un xəbərinə görə iyulun 31-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestrinin konserti olub. Orkestri əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü olan dirijor Fuad İbrahimov müşaiyyət edib. Konsertdə P.Sarasatenin “Navarra”, A. Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Bədəlbəylinin “Dəniz”, F.Əmirovun “Nizami” simfoniyası, L.Andersonun “Plink Plank Plunk”, Niyazinin “Qaytağı” əsərləri səsləndirilib.

Sonra isə konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyevanın çıxışı olub. Onu əməkdar artist Etibar Qasımbəyli (qarmon), gənc musiqiçi Nicat Məsimov (balaban) müşaiyyət edib. Musiqi gecəsində Azərbaycanın xalq mahnıları-“Gəl bizə”, “Sarı gəlin”, “Qaragilə” ifa olunub. Sonda Azərbaycanın xalq rəqsi-“Uzundərə” təqdim edilib. Konsert yerli və xarici tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər