Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı tarixçi-alim Dilavər Əzimli bildirib. O, xeyli vaxt keçdikdən sonra bu məsələnin gündəmə gəlməsini mənasız adlandırıb:
“Yayılan söz-söhbətlərdən belə başa düşürəm ki, mən avtobusdan düşdükdən sonra sürücü güman edib, mən də fırıldaqçılardan biriyəm. Onu qınamıram. Çünki onlar belə şeylərlə tez-tez rastlaşırlar. Yəqin ki, avtobusda məni tanıyan adamlardan, tələbələrdən kimsə olub ki, bu söhbət sonradan belə yayılıb. Düzdür, mən maaşla yaşayan adamam, ailədə də tək işləyən mənəm. Amma reallıq budur. Mən sadəcə pulqabımı evdə unudub yola çıxmışam. Həm də bu söhbət 3-4 il qabaq olub. Bu qədər vaxt keçdikdən sonra bu hadisəni çıxıb mediada danışanları anlamıram”.