2 Avqust 2017 00:10
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq.

Bu barədə Teleqraf.com Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, 2017-ci ildə torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər