3 Avqust 2017 13:49
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən düz 6 saat Mərdəkanda polis bölməsində oldum. İti sürüyənlərə cinayət işi açılıb, məhkəmə də olacaq. Onlar 700 manat cərimə ödəməlidirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri teleaparıcı Humay Muxtarova sosial şəbəkədə yazıb.

O, iki gün öncə zəncirlə maşına bağlanıb sürütlənən itin salamat olduğunu bildirib:

“Videonu paylaşıb bildirirəm ki, it sağlamdır, yaxşıdır. 3 gündən sonra iti götürüb öz bağımda saxlayacağam. Narahat olanlar, rahat olun. Canlıları incitməyin, Allahdan qorxun!”

Qeyd edək ki, 2 gün öncə Mərdəkan qəsəbəsində hərəkət edən avtomobillərdən birinin sərnişini itin zəncirindən tutaraq onu asfalt yolla maşının arxasıyca sürümüşdü.


Müəllif: Könül

Oxşar xəbərlər