Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu məlumatlarda viza rüsumu ilə vergi məfhumu qarışıq salınır:
“Səudiyyə Ərəbistanı Krallığı həcc və ümrə ziyarətçilərinə göstərdiyi xidməti dərk edərək, ilk dəfə həccə və ümrəyə gələn müsəlmanların viza xərclərini tam olaraq hökumət hesabına ödəyir. Başqa sözlə, birinci dəfə yerinə yetirilən həcc və ümrə üçün viza rüsumu ödənilmir, Səudiyyə Ərəbistanı hökuməti bu rüsum xərcini özü çəkir.
Bir dəfədən artıq həcc və ümrə ziyarəti yerinə yetirmək istəyənlərə isə viza rüsumu tətbiq olunur. Birdən çox ziyarət edənlərə viza rüsum tətbiqinin səbəbi, İslam dininin beşinci ən vacib əməli sayılan həcci, eləcə də ümrəni ilk dəfə yerinə yetirənlər üçün daha yaxşı fürsət yaratmaq və onu əlçatan etməkdir”.