Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, qurumun xilasediciləri çimərliklərdə gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirirlər.
Bakı şəhəri, Xəzər rayonu ərazisində günün ayrı-ayri vaxtlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.