Artıq evlənmə proqramları olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri evlənmə proqramlarıyla bağlı müzakirələrə son nöqtəni qoyan Radio Televizyon Üst Qurmu (RTÜK) İzləmə və Dəyərləndirmə şöbəsinin müdir müavini Murad Əllialtı deyib.
O, bundan belə evlənmə proqramlarının olmayacağını və başqa bir formatda yayımlanacağını bildirib:
“Artıq evlənmə proqramları olmayacaq. Yayımçı qurumlar ilə görüşdük, yeni mövsümdən evlilik proqramı başqa formatda yayımlanacaq. Əvvəlki formata bənzər şəkildə evlənmə proqramları hazırlayanlara çox ağır cəzalar veriləcək”.
Qeyd edək ki, Türkiyə TV-lərinin evlənmə proqramları tez-tez efirdə baş verən vulqar qalmaqalları ilə gündəmə gəlir.