31 Avqust 2017 12:50
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vətəndaş kimi imkanım olanda qurban kəsirəm. Şükürlər olsun, bu il imkanım var, bayramın ya 2-ci, ya da 3-cü günü qurban kəsəcəyəm. Həmişə olduğu kimi imkansızlara paylayacam. Heç vaxt tanış-bilişə qurban əti paylamamışam.

Heç kəslə bəhsləşmirəm. Kimsə mənə göndərib, mən də göndərim, yox, əstəğfurullah. O qədər imkansız adamlar var ki, qurban payı onlara düşür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış aktyor Bəhram Bağırzadə sabah bütün müsəlmanların qeyd edəcəyi Qurban bayramı barədə danışarkən deyib.

O, Ərəfat günü münasibətilə bütün müsəlmanları təbrik edib: “Bu müqəddəs gündə oruc tutmaq müstəhəbdir. Kim oruc saxlayırsa, Allah-təala müsəlman bacı-qardaşlarımın oruc-namazını, ibadətlərini qəbul etsin.

Peyğəmbərimiz buyurub ki, bayram namazı qılınandan sonra 3 gün ərzində qurban kəsilə bilər. Çalışmaq lazımdır ki, qurban payını kimin göndərdiyi bilinməsin. Mən buna riayət edirəm. Vaxtilə rəhmətlik atam öyrədib. Kimin imkaı varsa, qurban kəssin, imkanı olmayan kəsməsin. Məsləhət verməyi xoşlamıram. Mən necə edəcəyimi dedim. Kim necə edəcək, özü bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər