Müəllimlərin işə qəbulunun əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu mərhələyə 7 sentyabrdan start veriləcək: “Ayın 7-8-də seçimlər olacaq. Sonrakı bir neçə gün ərzində nəticələr bilinəcək”.
Qeyd edək ki, müsahibədə iştirak edənlərdən 4454 nəfəri müəllim adını qazanıb.