7 Sentyabr 2017 23:25
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon Təhsil Şöbəsi müəllimlərin geyim forması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Təhsil Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən gün KİV-də Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb:

“Məlumatda qeyd olunub ki, buna əməl etməyənlər dərsə buraxılmayacaq. Bildiririk ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbdə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə, bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər